Kateqoriyalar

Svay qazan texnikası :

Zoomlion svay qazan texnikaları yüksək etibarlılıq və uzunömürlülük prinsipləri ilə istehsal olunur. Texnikaların davamlılığını artıran əsas amillərdən biri, istifadə olunan mühərrik və hidravlik nasos sistemlərinin keyfiyyətidir.

Bu texnikalar Cummins markalı dizel mühərrikləri və Bosch Rexroth hidravlik nasosları ilə təchiz olunur. Eyni zamanda, müştərinin tələbindən asılı olaraq Kawasaki hidravlik sistemləri də quraşdırıla bilər. Bu yanaşma Zoomlion-un hər bir modelində həm performans, həm də enerji səmərəliliyini önə çıxarır.

Zoomlion həm kiçik və orta həcmli layihələr üçün kompakt modellər, həm də qlobal miqyaslı iri inşaat layihələri üçün yüksək gücə malik qazan texnikaları istehsal edir.

Zoomlion-un ən güclü modellərindən biri “ZR600GW”təxminən 200 ton ağırlığında, 3500 mm qazma diametri və 600 kN·m fırlanma momentinə malikdir.

Bu texnologiya sayəsində Zoomlion, dünyada svay qazan texnikası bazarında satış həcmini sürətlə artıraraq, inşaat sənayesində etibarlılıq və gücün simvolu kimi tanınır.

Telefon:

+994502975656

Email:

contact@enam.az

Bizə Yazın

Sizinlə əlaqə saxlayaq