Haqqımızda

Şirkətimiz - "ENAM Company" MMC 2021-ci ildə yaradılmışdır. Şirkət, inşaat texnikası sektorunda peşəkar yanaşması və etibarlı tərəfdaşlıq prinsipi ilə qısa zamanda bazarda öz mövqeyini möhkəmləndirmişdir. ENAM Company — Zoomlion brendinin Svay qazma texnikası, Avtobeton pompa və Avtobeton mikser modellərinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Şirkət, rəsmi dilerlik etdiyi beynəlxalq brendlərin satışını, texniki servis və ehtiyat hissələrinin təminatını yüksək səviyyədə həyata keçirir. Biz, hər bir müştəriyə fərdi yanaşma təqdim edərək, tikinti sahəsinə yeni başlayan şirkətlərin inkişafına dəstək məqsədilə hissəli ödəniş və çevik maliyyə şərtləri ilə əməkdaşlıq imkanları yaradırıq. Peşəkarlıq, dürüstlük və davamlı inkişaf prinsiplərinə əsaslanaraq, ENAM Company ölkə bazarında payını sürətlə artırır və inşaat sektorunun etibarlı tərəfdaşı kimi tanınır.

  • Zəmanət
  • Yüksək keyfiyyət
  • Texniki dəstək və konsultasiya

Texnikalar

Texnikalarımız tikinti sahəsində bütün beton işlərinizi sürətli və keyfiyyətli şəkildə həll edəcəkdir.

Svay qazan texnikası

Zoomlion svay qazan texnikaları yüksək etibarlılıq və uzunömürlülük prinsipləri ilə istehsal olunur. Texnikaların davamlılığını artıran əsas amillərdən biri, istifadə olunan mühərrik və hidravlik nasos sistemlərinin keyfiyyətidir.

Avtobeton pompa

Avtobeton pompanın keyfiyyəti və dayanıqlığı ilk növbədə onun şassisi və pompa sisteminin texnoloji səviyyəsindən asılıdır.

Beton Mikser

Zoomlion avtobeton mikserləri HOWO şassisi və CIFA qarışdırıcı texnologiyası ilə etibarlı, dayanıqlı və yüksək keyfiyyətli beton hazırlığı təmin edir.

Qüllə Kran

Qüllə kranların illərlə sınanmış təcrübəsi və yüksək montaj keyfiyyəti, peşəkar əməkdaşlarımız tərəfindən tam quraşdırma və təhvil prosesi ilə birgə təhlükəsizlik və etibarlılıq zəmanəti yaradır.

Xidmətlərimiz

Servis Xidmətləri

Svay qazma qurğuları, avtobeton pompaları, qüllə kranlar və digər növ tikinti texnikaları üçün peşəkar servis xidməti göstəririk. ENAM Company-nin təcrübəli və ixtisaslı mühəndislərdən ibarət mobil servis komandası müştərilərə 24/7 səyyar texniki xidmət təqdim edir. Biz, texnikalarınızın davamlı və fasiləsiz işləməsini, həmçinin ehtiyat hissələrinin operativ dəyişdirilməsini təmin edərək, layihələrin dayanmasız davam etməsinə dəstək oluruq.

ENAM Company olaraq Dünyanın aparıcı tikinti texnikası istehsalçılarından biri olan Zoomlion brendinin rəsmi nümayəndəsi olaraq, Azərbaycanda Svay qazma qurğularının, Avtobeton pompalarının və avtobeton mikserlərinin satışını həyata keçiririk.

Beton Pompası İcarəsi xidmətimiz ilə tikinti layihələrinizdə vaxtınıza və resurslarınıza qənaət edin. Müasir və yüksək performanslı beton nasoslarımızla beton tökmə işlərini sürətləndirin və keyfiyyəti təmin edin. Geniş avadanlıq çeşidimizlə, istənilən ölçüdə və miqyasda tikinti üçün effektiv həllər təklif edirik.

Digər Çin brendlərinin Ekskavator,Beko Loder, Frantal yükləyici, Avtokran, paletli kran və digər tikinti texnikalarını birbaşa istehsalçılardan etibarlı şəkildə təchiz edirik.

“ENAM Company" MMC yalnız orijinal və yüksək keyfiyyətli ehtiyat hissələri təklif edir, beləliklə texnikalarının uzun müddət problemsiz işləməsinə zəmanət veririk.

Svay qazma texnikaları və avtobeton pompalarının idarə olunması üzrə Zoomlion şirkətinin Çinli mütəxəssisləri tərəfindən ölkəmizdə operatorlar üçün praktiki və nəzəri təlimlər keçirilir. Bu təlimlər zamanı iştirakçılar texnikanın istismarı, texniki baxışı, təhlükəsizlik qaydaları və effektiv iş üsulları ilə bağlı biliklər əldə edir, sonda rəsmi sertifikat ilə təsdiqlənirlər. ENAM Company bu təşəbbüslə Azərbaycan bazarında peşəkar operatorların yetişdirilməsinə, texnikalardan maksimum səmərəliliklə istifadə olunmasına və layihələrin keyfiyyət səviyyəsinin yüksəldilməsinə töhfə verir..

Peşəkar və təlimli servis komandası

Şirkətimiz dünya miqyasında tanınan və etibarlılığı sübut olunmuş Zoomlion və SANY brendlərinin avtobeton pompaları üzrə peşəkar operator təlimləri təşkil edir və iştirakçılara rəsmi sertifikat təqdim edir.
Bu təlim proqramı aşağıdakı imkanları əhatə edir:
→ Avtobeton pompasının tam texniki izahı:
Qurğunun quruluşu, iş prinsipləri, hidravlik sistem, təhlükəsizlik mexanizmləri və servis intervalları ətraflı izah olunur.
→ Praktiki idarəetmə və iş prosesinə hazırlıq:
Operatorlar real texnika üzərində idarəetmə, nasoslama, şlanqların düzgün qoşulması, stabilizatorların yerləşdirilməsi və təhlükəsiz iş metodlarını praktik olaraq öyrənirlər.
→ Təhlükəsizlik standartları və beynəlxalq tələblər:
İş zamanı baş verə biləcək risklər, onların qarşısının alınması və beynəlxalq normativlərə uyğun davranış qaydaları izah edilir.
→ Nasazlıqların diaqnostikası və aradan qaldırılması:
Operatorlar ən çox rast gəlinən texniki problemləri necə aşkarlamaq və ilkin şəkildə həll etmək barədə təcrübə qazanırlar.
→ Sertifikatlaşdırma:
Təlimi uğurla başa vuran hər bir iştirakçıya şirkətimizin təqdim etdiyi rəsmi sertifikat verilir. Bu sertifikat həm yerli, həm də beynəlxalq layihələrdə operatorun peşəkarlığını təsdiq edən ciddi üstünlükdür.
Şirkətimizin məqsədi müştərilərimizin aldığı Zoomlion və SANY texnikasından maksimum səmərə ilə, təhlükəsiz və düzgün şəkildə istifadə etməsini təmin etməkdir. Bu təlimlər həm şirkətlər, həm də fərdi operatorlar üçün yüksək dəyər yaradır.

Telefon:

+994502975656

Email:

contact@enam.az

Bizə Yazın

Sizinlə əlaqə saxlayaq