Qüllə Kran:
Təklif etdiymiz marka xüsusilə qonşu ölkələr Türkiyə və Rusiya bazarlarında geniş yayılıb və bazarın böyük bir hissəsinə sahibdir.
Ölkəmizdə isə şirkətimizin əsas məqsədi, keyfiyyətli və etibarlılıqla bazarda güclü pay qazanmaq və inşaat sektoruna uzunmüddətli dəyər qatmaqdır.
ENAM Company olaraq, müştərilərimizə hissəli ödəniş şərtləri təklif etməklə, qüllə kranların icarə ilə götürülməsi zamanı yaranan iqtisadi yükü azaldırıq. Bu yanaşma sayəsində şirkətlər kranlara daha sərfəli şəkildə sahib olur, uzunmüddətli icarə xərclərini investisiyaya çevirmə imkanı qazanırlar. Bu məqsədlə şirkət, layihələrin iqtisadi səmərəliliyini nəzərə alaraq hissəli ödəniş şərtləri ilə Qüllə kran təklif edir. Beləliklə, istənilən inşaat şirkəti təqdim etdiymiz, yüksək keyfiyyətli Qüllə krana daha çevik şəkildə sahib ola bilər.
Brendinin digər Çin istehsalçılarından üstün 5 əsas cəhəti:
1. CIFA və Potain texnologiyasına yaxın dizayn yanaşması – qlobal standartlarda istehsal prosesi.
2. Yüksək daşıma qabiliyyəti və sabitlik – ağır yüklərdə maksimum tarazlıq təmin edir.
3. Ağıllı idarəetmə sistemi və təhlükəsizlik sensorları – operator üçün rahatlıq və təhlükəsizlik yaradır.
4. Asan montaj və texniki qulluq – quraşdırma peşəkar komandamız tərəfindən yerində aparılır və tam təhvil verilir.
5. Ehtiyat hissələrinin əlçatanlığı və güclü servis dəstəyi – uzunmüddətli etibarlılıq və operativ xidmət.
Qüllə kranların illərlə sınanmış təcrübəsi və yüksək montaj keyfiyyəti, peşəkar əməkdaşlarımız tərəfindən tam quraşdırma və təhvil prosesi ilə birgə təhlükəsizlik və etibarlılıq zəmanəti yaradır.
