Avtobeton pompa:
Zoomlion – Avtobeton pompa texnologiyasında lider. Avtobeton pompanın keyfiyyəti və dayanıqlığı ilk növbədə onun şassisi və pompa sisteminin texnoloji səviyyəsindən asılıdır.
Zoomlion bu sahədə böyük üstünlük əldə edib – texnikalarını Mercedes-Benz və Sitrak (Howo) kimi dünyada tanınmış, etibarlı şassilərlə təchiz edir. Bu, yalnız beynəlxalq səviyyədə deyil, həm də ölkəmizdə servis və ehtiyat hissələrinin əlçatanlığını xeyli artırır. Eyni zamanda, bu şassilər sahibkar və sürücülərə rahatlıq, davamlılıq və yüksək iş performansı təmin edir.
Xüsusilə qeyd edilməlidir ki, Zoomlion brendi 2008-ci ildə CIFA (“Compagnia Italiana Forme Acciaio S.p.A.”, İtaliya) şirkətini alıb. Bu birləşmə ilə Zoomlion CIFA-nın beynəlxalq brendini, qlobal satış şəbəkəsini və texnologiyasını öz təsisatına inteqrasiya edib.
Bu əməkdaşlıq nəticəsində Zoomlion avtobeton pompa istehsalında İtalyan texnologiyasının dəqiqliyini və Çin mühəndisliyinin gücünü özündə birləşdirən məhsullar təqdim edir.
Zoomlion-CIFA əməkdaşlığı nəticəsində istehsal edilən avtobeton pompa texnikasından biri — 101 metrlik boom uzunluğuna malik avtobeton pompa— dünya rekordu olaraq qeydə alınıb. Yüksək keyfiyyətli şassi, CIFA texnologiyası və innovativ istehsal yanaşması sayəsində Zoomlion avtobeton pompa modelləri beton sənayesində müştərilərin əvəzolunmaz seçiminə çevrilib.
