Bizim xidmətlər

Satış

ENAM Company olaraq Dünyanın aparıcı tikinti texnikası istehsalçılarından biri olan Zoomlion brendinin rəsmi nümayəndəsi olaraq, Azərbaycanda Svay qazma qurğularının, Avtobeton pompalarının və avtobeton mikserlərinin satışını həyata keçiririk.

İcarə

Beton Pompası İcarəsi xidmətimiz ilə tikinti layihələrinizdə vaxtınıza və resurslarınıza qənaət edin. Müasir və yüksək performanslı beton nasoslarımızla beton tökmə işlərini sürətləndirin və keyfiyyəti təmin edin. Geniş avadanlıq çeşidimizlə, istənilən ölçüdə və miqyasda tikinti üçün effektiv həllər təklif edirik.

Sifariş

Digər Çin brendlərinin Ekskavator,Beko Loder, Frantal yükləyici, Avtokran, paletli kran və digər tikinti texnikalarını birbaşa istehsalçılardan etibarlı şəkildə təchiz edirik.

Ehtiyat hissələr

"ENAM Company" MMC yalnız orijinal və yüksək keyfiyyətli ehtiyat hissələri təklif edir, beləliklə texnikalarının uzun müddət problemsiz işləməsinə zəmanət veririk.

Təlim

Svay qazma texnikaları və avtobeton pompalarının idarə olunması üzrə Zoomlion şirkətinin Çinli mütəxəssisləri tərəfindən ölkəmizdə operatorlar üçün praktiki və nəzəri təlimlər keçirilir.

Bu təlimlər zamanı iştirakçılar texnikanın istismarı, texniki baxışı, təhlükəsizlik qaydaları və effektiv iş üsulları ilə bağlı biliklər əldə edir, sonda rəsmi sertifikat ilə təsdiqlənirlər. ENAM Company bu təşəbbüslə Azərbaycan bazarında peşəkar operatorların yetişdirilməsinə, texnikalardan maksimum səmərəliliklə istifadə olunmasına və layihələrin keyfiyyət səviyyəsinin yüksəldilməsinə töhfə verir.

Peşəkar servis

Svay qazma qurğuları, avtobeton pompaları, qüllə kranlar və digər növ tikinti texnikaları üçün peşəkar servis xidməti göstəririk. ENAM Company-nin təcrübəli və ixtisaslı mühəndislərdən ibarət mobil servis komandası müştərilərə 24/7 səyyar texniki xidmət təqdim edir. Biz, texnikalarınızın davamlı və fasiləsiz işləməsini, həmçinin ehtiyat hissələrinin operativ dəyişdirilməsini təmin edərək, layihələrin dayanmasız davam etməsinə dəstək oluruq.

Telefon:

+994502975656

Email:

contact@enam.az

Bizə Yazın

Sizinlə əlaqə saxlayaq