- Zəmanət
- Yüksək keyfiyyət
- Texniki dəstək və konsultasiya

“ENAM Company” MMC 2021-ci ildə yaradılmışdır. Şirkət, inşaat texnikası sektorunda peşəkar yanaşması və etibarlı tərəfdaşlıq prinsipi ilə qısa zamanda bazarda öz mövqeyini möhkəmləndirmişdir. ENAM Company — Zoomlion brendinin Svay qazma texnikası, Avtobeton pompa və Avtobeton mikser modellərinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Şirkət, rəsmi dilerlik etdiyi beynəlxalq brendlərin satışını, texniki servis və ehtiyat hissələrinin təminatını yüksək səviyyədə həyata keçirir. Biz, hər bir müştəriyə fərdi yanaşma təqdim edərək, tikinti sahəsinə yeni başlayan şirkətlərin inkişafına dəstək məqsədilə hissəli ödəniş və çevik maliyyə şərtləri ilə əməkdaşlıq imkanları yaradırıq. Peşəkarlıq, dürüstlük və davamlı inkişaf prinsiplərinə əsaslanaraq, ENAM Company ölkə bazarında payını sürətlə artırır və inşaat sektorunun etibarlı tərəfdaşı kimi tanınır.